Mənfəəti milyon manatdan çox olan investisiya şirkətləri

10:58 - 25.06.2023


25 iyun, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 13 investisiya şirkətindən 3-nün ötənilki (xalis) mənfəəti 1 milyon manatdan çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar “PAŞA Kapital” (3,502 milyon manat), “İnvest-AZ” (1,589 milyon manat) və “CPM-Invest”dir (1,261 milyon manat).

Qalan 10 investisiya şirkətindən 6-nın (xalis) mənfəəti 1 milyon manatdan azdır. 4 investisiya şirkəti - “Capital Partners”, “Plato Capital and Co.”, “Troni” və “MFX-Trading” isə ötən ili zərərlə başa vurub.