11:44 - 24.06.2023
24 iyun, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 13 investisiya şirkətindən 4-nün ötən il mənfəət vergisi ödəmələri əvvəlki illə müqayisədə çox olub.
ABC.AZ “Renkinq” -ə istinadla xəbər verir ki, bunlar, “ABB-İnvest”, “CPM-İnvest”, “PAŞA Kapital” və “İnvest-AZ”dır.
Ən yüksək dinamika “ABB-İnvest” və “CPM-İnvest”də (2,9 dəfə), ən aşağı dinamika isə “İnvest-AZ”da (40,4%) qeydə alınıb.
5 investisiya şirkətinin – “Azfinance”, “Assist Finance”, “PSG Kapital”, “Unicapital” və “Xalq Kapital”ın isə mənfəət vergisi ödəmələri azalıb. Ən çox azalma “Xalq Kapital”da (64%), ən az azalma isə “Azfinance”da (6,3%) qeydə alınıb.
4 investisiya şirkəti – “Capital Partners”, “MFX-Trading”, “Plato Capital and Co.” və “Trono” həm ötən il, həm də əvvəlki il mənfəət vergisi ödəməyiblər. Odur ki, onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026