10:33 - 23.06.2023
23 iyun, Fineko/abc.az. Naxçıvan və Şərurda tekstil fabrikləri açılacaq.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev deyib.
Tikinti sektorundakı durğunluğun səbəbinin bu günə qədər muxtar respublikada aparılan tikinti işlərində qanunvericiliyin tələblərinin pozulması ilə əlaqələndirən nazir yaxın bir ay ərzində həm dövlət sifarişi, həm də özəl tikinti sektorunda işlərin bərpa olunacağını vurğulayıb.
T.Əliyev onu da qeyd edib ki, tekstil fabriklərində ümumilikdə, 4 min iş yeri yaradılacaq.
Bununla da, işsizlik səbəbindən vaxtilə Naxçıvandan Türkiyəyə köçmək məcburiyyətində qalan və xüsusilə tekstil sahəsində işləyən minlərlə insan öz doğma yurdlarına qaytarılacaq və işlə təmin olunacaqlar.
Bununla yanaşı, yaxın günlərdə fəaliyyətə başlayacaq yeni Duz İstehsalı Müəssisəsində 66, Şərur Sənaye Məhəlləsində fəaliyyətə başlayacaq Yağ İstehsalı Müəssisəsində isə 100-ə yaxın yeni iş yeri yaradılacaq. Kəngərli rayonunun ərazisində Avropanın qabaqcıl şirkətləri tərəfindən günəş panellərinin istehsalını həyata keçirəcək müəssisə qurulacaq.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026