Hesablama Palatası bu nazirliklərdə yoxlamalar aparacaq

15:57 - 22.06.2023


22 iyun, Fineko/abc.az. Hesablama Palatası bu ilin III rübündə Naxçıvan MR-nın Fövqəladə Hallar və Səhiyyə Nazirliklərində yoxlamalar aparmağı planlaşdırır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov bildirib.

O, həmçinin deyib ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində və Dövlət Energetika Xidmətində aparılan kənar dövlət maliyyə nəzarəti tədbirləri yekunlaşmaq üzrədir.