Nizamnamə kapitalı 2 mln manatı ötən investisiya şirkətləri

11:43 - 22.06.2023


22 iyun, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 13 investisiya şirkətindən 3-nün bu il yanvarın 1-nə nizamnamə kapitalı 2 milyon manatdan çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla  xəbər verir ki, bunlar, “PSG Kapital” (6,25 milyon manat), “ABB-İnvest” (3 milyon manat) və “İnvest-AZ”dır (2,839 milyon manat).

Qalan 10 investisiya şirkətindən 2-nin nizamnamə kapitalı 1-2 milyon manat arasında, 8-nin nizamnamə kapitalı isə 1 milyon manatdan azdır.