14:56 - 21.06.2023
21 iyun, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 13 investisiya şirkətinin 4-nün bu il yanvarın 1-nə balans kapitalı illik müqayisədə az olub.
ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar, “PSG Kapital”, “Unicapital”, “Plato Capital and Co.” və “MFX-Trading”dir.
Ən çox azalma “MFX-Trading”də (60,9%), ən az azalma isə “PSG Kapital”da (5%) qeydə alınıb.
Qalan 9 investisiya şirkətinin isə balans kapitalı artıb. Ən yüksək dinamika “CPM-İnvest”də (2,4 dəfə), ən aşağı dinamika isə “ABB-İnvest”də (4,3%) qeydə alınıb.