“Azfinance İnvestisiya Şirkəti”nin birja əməliyyatları dövriyyəsi azalıb

15:35 - 13.06.2023


13 iyun, Fineko/abc.az. Cari ilin yanvar-may aylarında “Azfinance İnvestisiya Şirkəti” QSC “Bakı Fond Birjası” QSC-də 603 milyon manatlıq əməliyyat aparıb.

ABC.AZ "Renkinq"ə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% azdır.