11:12 - 6.06.2023
6 iyun, Fineko/abc.az. Azərbaycanın tanınmış şirkətlərindən olan "Almet Trading Baku" QSC-nin iqtisadi vəziyyəti məlum olub.
ABC.AZ xəbər verir ki, istiqraz buraxmağa hazırlaşan şirkət maliyyə göstəricilərini açıqlayıb və məlum olub ki, 2022-ci ildə şirkətin bütün əsas göstəriciləri üzrə geriləmə var.
Belə ki, 2022-ci ildə "Almet Trading Baku"nun aktivləri 8 milyon 040 min manat olub ki, bu da 2021-ci illə müqayisədə 1,4 milyon manat və ya 14% azdır.
2022-ci ildə şirkətin kapitalı 3 milyon 333 min manat olub ki, bu da bir il əvvəllə müqayisədə 16% azdır.
2022-ci ildə şirkətin öhdəlikləri də 13%-dən çox azalaraq 4,7 milyon manata enib.
Pul vəsaitləri isə iki dəfə azalaraq 1,4 milyon manatdan 730 min manata enib.
2022-ci ildə "Almet Trading Baku"nin vergidən əvvəlki mənfəəti də 2,6 dəfə azalaraq 2021-ci ildəki 2,6 milyon manatdan 1 milyon manata enib.
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026