“Apple” şirkətinin səhmləri ucuzlaşdı - Detallar

10:12 - 6.06.2023


6 iyun, Fineko/abc.az. “Apple” şirkətinin səhmləri yenidən ucuzlaşıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkətin səhmləri “Vision Pro” qarnituru təqdim edildikdən sonra dəyər itiməyə başlayıb.

Qeyd olunur ki, təqdimat zamanı səhmlər 1.5% bahalaşıb, sonra isə 0.88% düşüb. 

Tərtibatçılar üçün nəzərdə tutulmuş “WWDC” təqdimatı dünən, iyunun 5-də keçirib. Videoyayım “Apple”ın rəsmi saytında aparılıb. Əsas yenilik isə məhz “Vision Pro” qarnituru olub. O əsasən oyun oynamaq və ünsiyyət qurmaq üçün nəzərdə tutulub.

Bundan əlavə, “Apple” təqdimat zamanı 15 düym diaqonallı ekrana malik “MacBook Air” noutbukunu, həmçinin peşəkarlar üçün “Mac Studio” və “Mac Pro” kompüterlərini nümayiş etdirib.