11:14 - 1.06.2023
1 iyun, Fineko/abc.az. "Bloomberg"in milyarderlərin yeni indeksini dərc edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, "Tesla" və "Space X" şirkətlərinin qurucusu İlon Musk yenidən dünyanın ən varlı adamları siyahısında birinci yerə yüksəlib.
Siyahıda Maskın sərvəti 192 milyard dollar qiymətləndirilirb. İkinci yerdə 187 milyard dollar sərvəti ilə LVMH (Moet Hennessy - Louis Vuitton) şirkətinin sahibi Bernard Arno gəlir.
"Forbes" reytinqində isə Bernard Arno hələ də dünyanın ən varlı adamıdır, onun sərvəti 215 milyard dollardır. Həmin siyahıda İlon Mask 200 milyard dollarlıq sərvətlə ikincidir.
Bernard Arno 2022-ci ilin dekabrında "Bloomberg"in reytinqində İlon Maskı ötüb. Müşahidəçilər bunun texnologiya sənayesindəki çətinliklərlə bağlı olduğunu düşünür. Parisdə yerləşən "Euronext" birjasında ticarət zamanı LVMH şirkətinin səhmləri 2,6% ucuzlaşdığından iş adamları indi yerlərini dəyişiblər. Bernard Arnault bir gündə 11,2 milyard dollar itirib.
Müəllif: Elmir Murad
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026