16:52 - 30.05.2023
30 may, Fineko/abc.az. Azərbaycanın icmal büdcəsinin tərkibinə daxil olan Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin gəlirləri cari ilin təsdiq olunmuş göstərici ilə müqayisədə 7 346,6 milyon manat və yaxud 81,7% artırılaraq 16 337,5 milyon manat məbləğində nəzərdə tutulur.
ABC.AZ bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, ARDNF-in büdcəsinin xərcləri 11 812,9 milyon manat təşkil edəcək ki, bu da cari ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 457,7 milyon manat və yaxud 4% çoxdur.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026