10:21 - 22.05.2023
22 may, Fineko/abc.az. “Beyləqan Su-Tikinti” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 9 iyul 2023-cü il tarixdə, saat 12:00-da Beyləqan şəhəri, Heydər Əliyev küçəsi 12 ünvanında keçiriləcək.
ABC.AZ xəbər verir ki, ümumi yığıncağın gündəliyinə bir sıra məsələlər daxildir.
Belə ki, yığıncaqda “Beyləqan Su-Tikinti” Açıq Səhmdar Cəmiyyətinin Sarıyev Telman Bəylər oğluna məxsus səhminin (ümumi miqdarı 98.672%-i) satılması məsələsinə baxılması haqqında məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, “Beyləqan Su-Tikinti” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 30 722 manatdır və qanuni təmsilçisi Elçin Kərimlidir.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026