10:05 - 19.05.2023
19 may, Fineko/abc.az. Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro 2023”) sərgisində Şri-Lankanın “Ceylon Tea Marketing LTD” şirkəti də öz məhsullarını təqdim edir.
ABC.AZ xəbər verir ki, bunu şirkətin sahibi Roşan Nanayakkara Bakı Ekspo Mərkəzindəki sərgidə bildirib.
O qeyd edib ki, Şri-Lankada istehsal edilən çay Rusiya, bəzi Ərəbistan ölkələri ilə yanaşı, digər dövlətlərə də ixrac olunur:
“43 ildən çoxdur ki, fəaliyyət göstərən şirkətimiz fərqli çay çeşidlərinin hazırlanması, qablaşdırılması və istehsalı ilə məşğuldur. Azərbaycanın bəzi şirkətləri ilə də əməkdaşlıq edirik. Gələcəkdə Azərbaycanda öz filialımızı açmaq istəyirik”.
4 Avqust 2026
4 Avqust 2026