14:14 - 16.05.2023
16 may, Fineko/abc.az. İnflyasiya davam edərsə və ya intensivləşərsə, uçot dərəcələri artırılacaq.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu FED-in Riçmond üzrə sədri Tomas Barkin bildirib.
O qeyd edib ki, inflyasiyanın FED-in 2%-lik hədəfinə doğru davamlı şəkildə aşağı düşdüyünə hələ əmin deyil:
“İnflyasiya yüksəlməyə davam edərsə və ya sürətlənərsə, uçot dərəcələrinin daha da artırılması üçün heç bir maneə yoxdur. İyun ayı toplantısında qərarımın hansı istiqamətdə olcağına indidən qərar verməyəcəyəm. Bunun üçün məşğulluq, qiymətlər və kreditlərlə bağlı gələcək məlumatlara baxmaq lazımdır”.
Müəllif: Elmir Murad
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026
26 Avqust 2026