12:00 - 16.05.2023
16 may, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankının son Regional İqtisadi Perspektivlər proqnozunda Azərbaycanla bağlı bəndlər ümidvericidir.
Belə ki, sözügedən bənddə qeyd edilir ki, Azərbaycan son iki ildə post-COVID dövründə güclü bərpa prosesi və yüksək karbohidrogen gəlirləri hesabına ciddi iqtisadi inkişafa nail olub.
"2022-ci ildə qeyri-neft və qaz sektorunda 9 faiz olmaqla, istehsal həcmi 4,6 faiz artıb. İqtisadiyyat iri həcmdə xarici valyutanın daxil olması, habelə yüksək neft və qaz qiymətlərinin ixrac gəlirlərini artırmasının müsbət təsirlərini görüb. Həmçinin, əksəriyyəti Azərbaycan əsilli olmaqla, əsasən Rusiya Federasiyası vətəndaşları tərəfindən həyata keçirilən pul köçürmələri 6 dəfə artıb" - deyə bənddə qeyd edilib.
Müəllif: Elmir Murad
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026
26 Avqust 2026