AYİB Türkiyənin iqtisadi artım proqnozunu aşağı saldı

11:04 - 16.05.2023


16 may, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD) fevral ayında baş verən zəlzələnin iqtisadiyyata mənfi təsiri və kredit şərtlərinin ağırlaşacağı səbəbləri ilə 2022-ci il üzrə Türkiyədə iqtisadi artım proqnozunu 3 faizdən 2,5 faizə endirib.

ABC.AZ xəbər verir ki, AYİB 2024-cü il üçün iqtisadi artım proqnozunu 3 faiz səviyyəsində saxlayıb.

İnkişaf etməkdə olan Avropa, Mərkəzi Asiya və Şimali Afrika ölkələrindən ibarət geniş coğrafiyada fəaliyyət göstərən AYİB region ölkələri üçün makroiqtisadi proqnozlarını yeniləyib.