17:33 - 12.05.2023
12 may, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlanıb.
Bakı Fond Birjasından ABC.AZ-a bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən AZ2024008685, AZ2025008684, AZ2026008683 İSİN-li dövlət qeydiyyat nömrəli ipoteka istiqrazları üzrə mayın 11-də növbəti ödəniş aparılıb.
Növbəti faiz ödənişi dövründə 3 faizlik faiz gəliri 583.24 manat məbləği əsasında hesablanacaq.
Bakı Fond Birjasında AZ2024008685, AZ2025008684, AZ2026008683 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 583.24 manat olması nəzərə alınacaq.