10:21 - 8.05.2023
8 may, Fineko/abc.az. Çin ardıcıl altıncı aydır qızıl ehtiyatlarını artırır.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Çin hökuməti bunu dünya üzrə artan geosiyasi və iqtisadi risklər fonunda etdiyini açıqlayıb.
Məlumata görə, Çin bununla da təkcə aprel ayında qızıl ehtiyatlarını təxminən 8,09 ton artırıb.
Ölkə mart ayına qədər olan beş ay ərzində ehtiyatlarını təxminən 120 ton artırdıqdan sonra, ümumi ehtiyatlarını 2,076 tona çatıdırıb.
“Ümumdünya Qızıl Şurası”na görə, 2023-cü ilin birinci rübündə ən böyük qızıl alıcıları Sinqapur, Çin və Türkiyə olub.
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026