16:50 - 5.05.2023
5 may, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) investisiya şirkətlərinin yanvar-aprel ayları üzrə dövriyyələrini açıqlayıb.
ABC.AZ xəbər verir ki, ötən il ölkənin aktiv investisiya şirkətlərindən olan CPM-İnvest İnvestisiya şirkətinin dövriyyəsi 3 dəfəyə yaxın azalıb.
Belə ki, 2022-ci ilin yanvar-aprel aylarında şirkətin dövriyyəsi 2 milyard 388 milyon manat olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 2,7 dəfə azalaraq 872 milyon manata düşüb.
Şirkətdə əməliyyatların sayı da azalıb - ötən ilin 4 ayında “CPM-İnvest”də 1493 əməliyyat aparılmışdısa, bu il həmin rəqəm 5045% azalaraq 821-ə enib.