Depozit portfelinin azalması əmanət gəlirlərinə verginin tətbiq edilməsi ilə bağlıdır – Deputatın müsahibəsi

10:15 - 5.05.2023


5 may, Fineko/abc.az.  Milli Məclisin deputatı Vüqar Bayramov ABC.AZ-ın Mərkəzi Bankın uçot dərəcəsi barədə son qərarını, əhalinin banklardakı əmanətlərinin azalması barədə və digər suallarını cavablandırıb. Həmin müsahibıni təqdim edirik.

Mərkəzi Bankın uçot dərəcəsi barədə verdiyi son qərardan sonra bir çoxları bankların kredit faizlərini artıracağını düşünür. Necə düşünürsünüz, bu nə dərəcədə real görsənir və belə olarsa hökumət bununla bağlı hər hansı tədbir görə bilərmi?

Mərkəzi Bankın son statistikasında əsas məqsəd iqtisadi insflyasiyanı tənzimləmək və eyni zamanda bununla da manatla yığımları təşkil etmıkdən ibarətdir. Amma etiraf etmək lazımdır ki, hələ Mərkəzi Bankın son statistikası bütövlükdə kapital bazarına xüsusi təsir göstərmir. Bunun da o cümlədən kredit faizlərinə də xüsusi təsiri yoxdur. Bunun da əsas səbəbi odur ki, kommersiya bankları vəsaitləri daha çox Mərkəzi Bankdan kənar mənbələrdən cəlb edirlər. Mərkəzi Bankın Bankların cəlb etdiyi vəsaitlərdə payı yüksək olmadığı üçün Mərkəzi Bank praktiki olaraq bu konkteskdən kredit siyasətinə çox təsir göstərə bilmir. Praktiki olaraq bu onu göstərir ki, sistem əhəmiyyətli Banklarda kommersiya bankları vətəndaşdan, əhalidən və ya hüquqi şəxslərdən daha aşağı faizlə və ya daha ucuz faizləri cəlb edə bilirlər. Nəticə də bu da Mərkəzi Bankın mərkəzləşdirilmiş resurslara tələbi ciddi şəkildə azaldır. Və təbii ki, bu da Mərkəzi Bakın kapital bazarına təsirlərini minimumlaşdırır. Ona görə də biz Mərkəzi Bankın uçot dərəcəsi barədə son stavkasının hələlik bütövlükdə kapital bazarına ciddi təsirini müşahidə etmirik.

Mərkəzi Bankın son hesabatından sonra məlum oldu ki, əhalinin Banklardakı əmanətləri azalıb. Bunun səbəbini nədə görürsünüz və azalma nəyə gətirib çıxara bilər?

Əhalinin Banklardakı əmanətlərində azalma olması gözlənilən idi. Fevral ayında depozit portfelində 27 milyon manat azalmaq qeydə alınıb. Bunun əsas səbəbi 7 ildən sonra depozit gəlirlərinə verginin tətbiq edilməsi ilə bağlıdır. Çünki verginin tətbiq edilməsi xüsusən də fevral ayında müddəti başa çatan bir sıra əmanətlərlə bağlı müqavilələrin uzadılmamasına gəririb çıxarıb. Təbbi ki, gözlənilən idi ki, azalmalara olacaq, amma  bizim gözlənti ondan ibarətdir ki, növbəti aylarda biz yenidən depozit portfelində artımlar müşahidə edə bilərik. Xüsusən nəzərə alsaq ki, depozit portfelində azalma son 2 ildə ilk azalmadır. Son 2 ildə, xüsusən 2021-ci ilin iyulundan sonra biz hər aya nisbətən depozit portfelində artımlar müşahidə etmişik. Bunu əhəmiyyətli edən məqam əslində kommersiya bankları tərəfindən depozit gəlirlərinə tətbiq edilən verginin yaratdığı xərcin kommersiya edilməsi mümkün idi. Çünki, əgər vətəndaşın Bankda 10 min manat vəsaiti varsa onun 8 faizini depozit olaraq yerləşdiribsə bunun illik gəliri 800 manatdır. Depozitlərə vergi tətbiq olunduqdan sonra 800 manatın 10 faizi vergi kimi ödənilir, yəni 80 manat. Nəticədə 10 min manatı olan vətəndaşın  depozit gəliri 800 manat deyil, 720 manat olur. Və banklar əslində depozit faizini 1 faiz artırmaqla həmin 80 manat xərcin kompensasiya etmək imkanına malik idilər. Amma, monitorinq göstərir ki, Bankların çoxu məhz bu istiqamətdə addımlar atmadı, eyni zamanda Mərkəzi Bank və kommersiya Bankları tərəfindən kommunikasiyanın gücləndirilməsi və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.

 Bankların depoziti az faizlə, krediti yüksək faizlə verməsi hələ də əhali tərəfindən birmənalı qarşılanmır. Yaxın gələcəkdə, bununla bağlı Mərkəzi Banka hər hansı tövsiyyələr verilə bilərmi?

Aydın müşahidələr göstərir ki, depozit faizləri ilə kredit faizləri arasında hiss edilən fərq var. Xüsusən də sistem əhəmiyyətli bankların depozit faizləri və onların təklif etdiyi kreditlər üzrə faizlərə diqqət yetirəndə fərqin böyük olduğunu görmək mümkündür. Bu baxımdan təbii ki, sistem əhəmiyyətli banklar daxil olmaqla digər bütövlükdə bank sektorunda kredit faizlərinin optimallaşdırılması olduqca vacibdir. Və xüsusən nəzərə alsaq ki, yüksək kredit faizləri, həm də real sektor üçün vəsaitlərin cəlb edilməsi, eyni zamanda investiya baxımından arzuolunan deyil. Məhz bu səbəbdən də Bankların kredit portfelində istehlak kreditlərinin payı daha çoxdur. Ona görə də təbii ki, bizim banklar üçün Bank sektorunda rəqabətin gücləndirilməsi baxımından Mərkəzi Bank tərəfindən fəaliyyətlərin genişləndirilməsini təklif edirik. Depozitlə kredit faziləri arasında müəyyən bir əlaqənin Mərkəzi Bank tərəfindən tövsiyyə olunmasını məqsədəuyğun hesab edirik. Eyni zamanda, Bankların ucuz vəsaitlərinin çıxış imkanı ilə bağlı da Mərkəzi bank tərəfindən işlərin davam etdirilməsini və genişləndirilməsinə ehtiyac var.

Məmurların, deputatların gəlirləri, mülk və var-dövlətləri barədə bəyannamə vermələri ilə bağlı qanun hələ də qəbul edilməyib, bu məsələ bu il həllini tapa bulərmi?

Gəlir deklorasiyası ilə bağlı sistemin hazırlanması və tətbiq edilməsi məqsədəuyğundur. Ümumiyyətlə, gəlirlərin deklorasiya olunması, bəyan edilməsi çox vacibdir. Ona görə mən də Milli Məclisin iclaslarında gəlirlərin deklorasiyasının hazırlanmasını təklif etmişəm. Düşünrəm ki, bu prosesə birinci mərhələdə vəzifəli şəxslərdən başlamaq mümkündür. Vəzifəli şəxslərin gəlirlərinin deklorasiyasından sonra ümumiyyətlə iqtisadiyyatda və cəmiyyətdə şəffaflığın gücləndirilməsi üçün mərhələli şəkildə digər istiqamətlərdə və o cümlədən təbii ki, biznesdə və biznes sahibləri üçün gəlirlərin deklorasiyası mexanizminin formalaşdırılmasına ehtiyac var. Vəzifəli şəxslərin gəlirlərinin deklorasiyası cəmiyyət üçün digər inkişaf etmiş ölkələrdə olduğu kimi açıq ola bilər, amma biznes tərəfindən gəlirlərin deklorasiyası düşünürəm ki,  bunun da həyata keçirilməsinə ehtiyac var. Və bütövlükdə gəlirlərin deklorasiyası, həm şəffaflıq baxımındna vacibdir, həm hesabatlılıq baxımından vacibdir, həm də bunun özəlliyi ondan ibarətdir ki, xüsusən də sosial istiqamətlərin inkişafına, genişlənməsinə xidmət edə bilər. Ona görə bizim təklifimiz də ondan ibarətdir ki, vəzifəli şəxslərin gəlirlərinin deklorasiyası ilə bağlı mexanizma hazırlanması və daha uyğun müddətə tətbiqi məqsədə uyğundur. 

Füzuli sakinləri azad olunmuş ərazilərə nə vaxt köçürülə bilər, bu barədə hər hansı məlumatınız varmı?

Füzuli şəhərinin qurulması ilə bağlı çox intensiv şəkildə işlər həyata keçirilir. Praktik olaraq, fasiləsiz olaraq Füzuli şəhərində yaşayış binlarının inşa edilməsi artıq ondan xəbər verir ki, Füzuli şəhər sakinləri daha qısa vaxtda öz ata-baba yurdlarına qayıda biləcəklər. Bizim ilkin gözləntimiz ondan ibarətdir ki, Füzuli şəhərinə bu ilin sonu və ya gələn ilin əvvəllərində artıq ilkin məskunlaşma olacaq. Və vütövlükdə Füzuli şəhərində ilk yaşayış məhəlləsi bu ilin sonunda hazır olacaq. Və digər texniki məsələləri nəzərə alsaq, gözlənilir ki, gələn ilin əvvəlindən etibarən Füzuli şəhərində məskunlaşmanı müşahidə edə biləcəyik. Ümumiyyətlə, Füzuli rayonunun bərpa edilməsi ilə bağlı artıq tədbirlər planı var və həmin tədbirlər planına əsasən, 2026-cı ilədək ilkin bərpa ediləcək kəndlərin siyahısı dəqiqləşdirilir. Bu istiqamətdə, xüsusən də minalardan təmizləmə ilə bağlı işlər davam edir. Dövlətyanlı kəndindən sonra da daha iki kınddə yaşayış məntəqəsinin salınması və buna paralel olaraq məskunlaşmanın həyata keçirilməsi nəzərdə tutulur. Ona görə də çox qısa zamanda uzun müddət məcburi köçkün həyatı sürən vətəndaşlarımız Füzuli şəhərinə və digər kəndlərinə qayıtmaq imkanə əldə edəcəklər.

 Müəllif: Elmir Murad