11:18 - 3.05.2023
3 may, Fineko/abc.az. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "İmprotex Qarabağ Sənaye Kompleksi" MMC-yə rezident statusu verilib.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir qeyd edib ki, şirkət Parkda investisiya dəyəri 7,3 milyon manatdan çox olacaq minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı müəssisəsi yaradacaq, 124 nəfəri işlə təmin edəcək.
Bu müəssisənin yaradılması işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə əhəmiyyətli töhfə verəcək və bununla da Böyük Qayıdışı sürətləndirəcək.