16:03 - 2.05.2023
2 may, Fineko/abc.az. “Apple” şirkəti Braziliyada “iPhone 14” smartfonlarının yığılmasına başlayıb,
ABC.AZ xəbər verir ki, bu barədə 9to5Mac portalı məlumat yayıb.
Qeyd edilib ki, bu əsasən Çində yaradılan qadcetlərinin istehsalını diversifikasiya etmək üçün Kupertinodan olan korporasiya tərəfindən atılan növbəti addımdır.
“MacMagazine” bloqunun oxucularından biri Braziliyada mavi rəngli 128 GB “iPhone 14” alıb və cihazın onun ölkəsində San Paulodakı “Foxconn Brazil” fabrikində yığıldığını görərək təəccüblənib. Cihazın nömrəsi “BR/A” ilə bitir, bu da onun Braziliyada yığıldığını təsdiqləyir.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026