“Avro Bölgəsi”ndə istehsal sektorunun fəaliyyəti azalıb

15:50 - 2.05.2023


2 may, Fineko/abc.az. “Avro Bölgəsi”ndə istehsal sektorunun fəaliyyəti ötən ay da azalmağa davam edib.

ABC.AZ xəbər verir ki, “Avro Bölgəsi”ndə “S&P Global”ın tərtib etdiyi “İstehsal Qiymətlər İndeksi” (İQİ) aprel ayında 47,3-dən 45,8-ə düşüb.

50-dən aşağı dəyər sektorda azalmanın kəskinləşdiyini göstərir.

Beləliklə, indeksdə azalma ardıcıl 10-cu ayda da davam edib.

Zəif tələb şərtləri fonunda indeks 2020-ci ilin may ayından bəri ən aşağı səviyyədədir.