15:44 - 28.04.2023
28 aprel, Fineko/abc.az. “Sony” şirkəti rekord gəlir əldə etdiyini açıqlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət “PlayStation 5” oyun konsolunun satışı sayəsində rekord pul qazanıb.
"Sony”, çiplər və “PlayStation 5” satışları sayəsində 1,21 trilyon yen (8.55 milyard dollar) gəlir əldə edərək rekord qırıb.
Şirkətdən bilrilib ki, bu ilin ilk rübündə ümumi gəlirin 2,92 trilyon yen olacağı gözlənilsə də, çiplər və “PlayStation 5” satışlarının artması sayəsində 3,06 trilyon yen (22,7 milyard dollar) gəlir əldə edilib.
Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 35% daha çoxdur.