14:56 - 28.04.2023
28 aprel, Fineko/abc.az. Avropa Statistika Xidməti (Eurostat) Avrozonanın 2023-cü ilin birinci rübündə iqtisadi artım tempi ilə bağlı məlumatları dərc edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, 20 üzvlü Avrozonada mövsümi təsirlər xaric ümumi daxili məhsul (ÜDM) birinci rübdə əvvəlki rüb ilə müqayisədə 0,1% artıb.
İqtisadçıların proqmozu artımın 0,2 faiz olacağı istiqamətində idi.
Beləliklə, inflyasiya hələ də təhlükə olaraq qalsa da, 2023-cü ilin əvvəlində Avro Bölgəsi iqtisadiyyatı artaraq tənəzzülə girməyib.
Digər tərəfdən, Avro Bölgəsində ÜDM ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% artıb. Proqnoz 1,4 faiz idi.
25 Avqust 2026