“Meta” korporasiyasının gəlirləri bu qədər artıb

11:56 - 27.04.2023


27 aprel, Fineko/abc.az. Amerikanın “Meta” korporasiyasının gəlirləri birinci rübdə illik müqayisədə 3% artıb.

ABC.AZ xəbər verir ki, bu barədə “CNBC” telekanalı məlumat yayıb. Sözügedən məlumatlar korporasiyanın dərc etdiyi maliyyə hesabatlarında öz əksini tapıb.

Martın 31-də başa çatan üç aylıq dövr ərzində “Meta” 28,6 milyard dollar gəlir əldə edib.

Ötən ilin analoji dövründə korporasiyanın gəliri 27,9 milyard dollar olub, beləliklə, illik müqayisədə 3% artıb.

Şirkətin rübdə xalis mənfəəti 24% azalaraq, bir il əvvəlki 7,4 milyard dollarla müqayisədə 5,7 milyard dollar təşkil edib.

Bu ölçüdə şirkətin performansı daha böyük mənfəət azalmasını gözləyən analitiklərin gözləntilərini üstələyib.