10:23 - 27.04.2023
27 aprel, Fineko/abc.az. Braziliya məhkəməsi “Telegram” tətbiqinin ölkədə bloklanmasına qərar verib.
ABC.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilib ki, tətbiqin fəaliyyətinin bloklanması ilə bağlı müvafiq əmr günün sonuna kimi mobil operatorlara və mobil cihazlar üçün tətbiq mağazalarının administrasiyalarına göndəriləcək.
Hüquq-mühafizə orqanları “Telegram”dan onlara təhsil müəssisələrinə hücumlarda iştirak etdiyi iddia edilən neonasist qrupların üzvləri və idarəçilərin məlumatlarını verməsini tələb ediblər. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, messencerin nümayəndələri onlara bu məlumatları təqdim etməyiblər.
Bloklama ilə yanaşı, məhkəmə həmçinin hüquq-mühafizə orqanlarına məlumat təqdim etmədiyinə görə “Telegram”ı 1 milyon real (təxminən 200 min dollar) cərimələyib.