14:57 - 26.04.2023
26 aprel, Fineko/abc.az. “Füzuli rayonu ərazisində yerləşən “Dövlətyarlı” əhəngdaşı yatağının, “Aşağı Güzlək”, “Quruçay”qum-çınqıl yataqlarının istismarına icazə verilməsi planlaşdırılıb”.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Füzulidə keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
“Füzuli rayonu ərazisində 1 ədəd meteoroloji stansiyanın quraşdırılması məqsədilə cihaz və avadanlıqların alınması üçün podratçı şirkətə sifariş verilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Füzuli şəhərinin yaxınlığında yaşıllıq sahəsinin salınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılmış 251,1 ha torpaq sahəsinin 60 hektarında torpaq hazırlığı işləri yekunlaşmış və növbəti əkin mövsümündə əkin işlərinin aparılması nəzərdə tutulur”.
27 İyul 2026
27 İyul 2026