Cəlilabadda 1,5 milyon manat sərmayə ilə yeni fabrik yaradıldı

12:23 - 26.04.2023


26 aprel, Fineko/abc.az. 31 mart 2023-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Zarat Yem Fabriki” MMC-ni (VÖEN: 8303817421) dövlət qeydiyyatına alıb.

ABC.AZ xəbər verir ki, şirkətin nizamnamə kapitalı 1 546 985 manatdır. Qanuni təmsilçisi Yusifov Nicat Ağamurad oğludur.

Hüquqi ünvanı Az1525, Cəlilabad rayonu, Eçara ünvanında yerləşir.