Azərbaycanın inkişafında şəffaf işləyən sahibkarların böyük rolu var - Nazir

12:11 - 25.04.2023


25 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Bakıda "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfrans baş tutub.

ABC.AZ-ın məlumatına görə, konfransa videobağlantı ilə qoşulan İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, qarşıya qoyulmuş hədəflərə nail olunmasında özəl sektordan gözləntilər böyükdür:

"Çünki sahibkarlar dövlətin sütunudur. Azərbaycanın inkişafında şəffaf işləyən sahibkarların böyük rolu var. Onlara təşəkkür edirik. Ümumilikdə, sahibkarlarımız daha fəal təşəbbüslər göstərmək və investisiya yatırmaqla yanaşı, dövlətin artan dəstəyi fonunda fəaliyyətini korporativ sosial məsuliyyətə uyğun qurmalı, şəffaflıq prinsiplərinə daim sadiq qalmalıdır".