Qeyri-neft-qaz sektoruna investisiya qoyuluşları 2 mlrd. manatı ötüb

15:58 - 20.04.2023


20 aprel, Fineko/abc.az. Sahibkarlığın təşviqi və biznes mühitinin təkmilləşdirilməsi sərmayələrin həcmində əsaslı artımla müşayiət olunur.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir qeyd edib ki, bu ilin ilk rübünün yekunlarına əsasən, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşları ötən ilin müvafiq dövrünə nisbətən 51,7 faiz artaraq 2 milyard 251,7 milyon manata çatıb.