Yaponiya iqtisadiyyatının artımı zəfləyib

12:14 - 20.04.2023


20 aprel, Fineko/abc.az. Yanacaq qiymətlərinin düşməsi və idxal xərclərinin azalması səbəbindən Yaponiyanın ticarət kəsiri mart ayında ikinci dəfə azalıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Yaponiya Maliyyə Nazirliyi yayıb. Qeyd olunub ki, ixrac mart ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3% artıb.

Təəccübə səbəb isə iqtisadçıların bu artımı 2,6% olacağını gözləməsi ilə bağlıdır.

Nazirlikdən verilən məlumatda qeyd olunub ki, ticarət kəsiri fevral ayında 898,1 milyard yendən (Yaponiyanın pul vahidi) 754,5 milyard yenə (5,6 milyard dollar) qədər azalıb.

İqtisadçılar isə 1,29 trilyon yen kəsir proqnozlaşdırmışdılar.