Azərbaycanın qiymətli kağızlar bazarında 3 ayda bu qədər əməliyyat aparılıb

17:21 - 19.04.2023


19 aprel, Fineko/abc.az. Yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 1 milyard 044,9 milyon manatlıq hissəsi və yaxud 30,3%-i dövlət qiymətli kağızlarının, 438,6 milyon manatlıq hissəsi və yaxud 12,7 %-i korporativ qiymətli kağızların, 1 964,8 milyon manatlıq hissəsi və yaxud 60 %-i isə repo əməliyyatlarının payına düşüb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 2,6 dəfə az, 7,8% çox və 8,2 % azdır.

3 ayda bu bazarda bağlanmış əqdlərin isə 488-i və yaxud 17,1%-i dövlət qiymətli kağızlarının, 971-i və yaxud 34,1%-i korporativ qiymətli kağızların, 1 391-i və yaxud 48,8 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 8,3% az, 34,4 % az və 45 % çoxdur.