Hindistan Çini keçdi – Ən böyük ölkə oldu

15:06 - 19.04.2023


19 aprel, Fineko/abc.az. Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqladığı yeni məlumatlara görə, Hindistan Çini geridə qoyaraq dünyanın ən çox əhalisi olan ölkəsi olub.

ABC.AZ xəbər verir ki, BMT-nin Dünya Əhali İdarəetmə Panelinə əsasən, Hindistan əhalisinin sayı 1 milyard 428 milyonu ötüb. Çinin əhalisi 1 milyard 425 milyon nəfərdir.

Qeyd edək ki, əhalinin yarısı 30 yaşdan aşağı olan Hindistan yaxın illərdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olmağa namizəddir.

Asiyada üçüncü ən böyük iqtisadiyyata sahib olan Hindistan hələ də dünya əhalisinin təxminən beşdə birinə sahibdir.

Hindistanın əhalisi Avropa, Afrika və ya Amerika ölkələrinin ümumi əhalisindən çoxdur.