Britaniyada işsizlik fevralda daha da artıb

14:03 - 19.04.2023


19 aprel, Fineko/abc.az. Böyük Britaniyada işsizlik fevral ayında 0,1 faiz bəndi artaraq 3,8 faizə çatıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi (ONS) məlumat yayıb.

Qeyd edlib ki, yanvarda yüzdə 3,7 olan işsizlik fevral ayında 3,8 faizə yüksəlib.

Hazırda ölkədəki ümumi işsizlərin sayının 2012-ci ildə yüzdə 3,8 səviyyəsində olduğu bildirilib.

Açıqlamada bildirilib ki, ölkədə məşğulluq bazarında ixtisaslı işçi çatışmazlığı cari ilin mart ayı etibarilə 47 min nəfər azalaraq 1 milyon 105 min nəfər olub.