Ağdamda yeni müəssisə tikiləcək – 40 nəfər işlə təmin olunacaq

14:44 - 18.04.2023


18 aprel, Fineko/abc.az. “Ağdam Sənaye Parkı”nda daha bir sahibkarlıq subyektinə rezident statusu verilib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünü tvitter hesabında paylaşım edib.

O bildirib ki, Ağdam Süd MMC tərəfindən investisiya həcmi 2,2 mln. manat olan süd məhsullarının istehsalı müəssisəsi yaradılacaq və 40 nəfər işlə təmin ediləcək.