Dövlət Qoruğu İdarəsi auditor axtarır

11:25 - 18.04.2023


18 aprel, Fineko/abc.az. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2022-ci il üzrə illik maliyyə hesabatlarının və İdarənin strukturuna daxil olan qurumların birləşdirilmiş maliyyə hesabatlarının auditinin aparılması və auditor rəyinin verilməsi xidməti üzrə tender elan edir.

Tenderdə iştirak haqqı 100 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tələb olunan təkliflərini 26.04.2023 17:00  tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Şəhriyar İmanov,  [email protected]