"Tesla" qiymətləri aşağı salır – Səbəb

11:44 - 17.04.2023


17 aprel, Fineko/abc.az. "Tesla" gəlirlilikdən çox tələbi artırmaq üçün qiymətləri aşağı salmağa davam edir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, elektrikli avtomobil istehsalçısı Avropa, İsrail və Sinqapurda elektrikli avtomobillərinin qiymətlərini aşağı salmaqla yanvar ayında Çində başlatdığı qlobal endirim kampaniyasını genişləndirməyə davam edir.

"Tesla" keçən həftə ABŞ, Çin, Yaponiya, Avstraliya və Cənubi Koreyada tələbi artırmaq üçün endirimlər təklif etməsinə baxmayaraq, birinci rübdə tədarüklərinin əvvəlki rübdən cəmi 4 faiz artdığını bildirdi. Buna baxmayaraq, "Tesla" keçən həftə ABŞ-da bu il beşinci dəfə qiymətləri endirdi. Avropa üçün də oxşar addım atılır.