09:45 - 17.04.2023
17 aprel, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin nəticələrinə görə qalxdıqdan sonra bazar ertəsi ticarətində azalır.
Brent markalı neftin iyun fyuçerslərinin dəyəri saat 09:43–də Londonun ICE Futures birjasında $0,05 (0,06%) azalaraq bir barel üçün $86,26-a düşüb. 14 aprel ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyun fyuçersləri $0,22 (0,26%) artaraq bir barelə $86,31-a yüksəldi.
Saat 09:43-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin may fyuçerslərinin qiyməti $0,05 (0,06%) azalaraq bir barelə $82,38-a düşüb. 14 aprel ticarətinin nəticələrinə görə, WTI neftinin may fyuçerslərinin qiyməti $0,36 (0,44%) artaraq bir barelə $82,52-a yüksəldi.
Ötən həftə Brent markalı neft 1,40%, WTI isə 2,26% bahalaşıb.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026