16:26 - 14.04.2023
14 aprel, Fineko/abc.az. Qlobal iqtisadiyyat yavaşlama dövründən sonra toparlanacaq.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Yaponiya Bankının rəhbəri Kazuo Ueda bildirib.
O qeyd edib ki, iqtisadiyyatın toparlanması Yaponiya Bankının daxili əmək haqqını artmasına və optimist iqtisadi görünüşü qoruyub saxlamağına kömək edəcək.
Ueda G20 həmkarlarına bildirib ki, hazırda 3% civarında olan inflyasiyanın bu maliyyə ilinin ikinci yarısına qədər 2% hədəfindən aşağı düşəcəyi gözlənilir.
“Çünki Mərkəzi Bank pul siyasətini son dərəcə sərbəst saxlamaq niyyətindədir” deyə Ueda bildirib.
25 Avqust 2026