15:27 - 14.04.2023
14 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 18,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 % az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 4 % azalıb, qeyri neft-qaz sektorunda isə 4,7 % artıb.
Sənaye məhsulunun 72 %-i mədənçıxarma sektorunda, 22,6 %-i emal sektorunda, 4,7 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,4 % azalıb, əmtəəlik qaz hasilatı isə 1,1 % artıb.
25 Avqust 2026