Çin iqtisadiyyatı yaxşı olanda indeks də yaxşı nəticələr verir - Mobius

16:52 - 13.04.2023


13 aprel, Fineko/abc.az. “Mobius Capital”ın qurucusu Mark Mobius investisiya üçün Türk şirkətləri axtardıqlarını bəyan edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, M.Mobius inkişaf etməkdə olan iqtisadiyyatların perspektivləri ilə bağlı açıqlama verərək, qlobal bazarların son bir neçə ildə potensialın altında performans göstərdiyini, inkişaf etməkdə olan bazarların isə son dövrlərdə çox yaxşı bir artım əldə etdiyini bildirib:

“İnkişaf etməkdə olan bazarlar daha da yaxşılaşır. Bu, ilk növbədə Çindəki canlanma ilə əlaqədardır. Məlum olduğu kimi, Çin inkişaf etməkdə olan bazarlar indeksinin 30%-ni təşkil edir. Beləliklə, Çin iqtisadiyyatı yaxşı olanda indeks də yaxşı nəticələr verir”.