2022-ci ildə 420 milyon manat maliyyə pozuntusu aşkarlanıb – Rüfət Quliyev

15:29 - 13.04.2023


13 aprel, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi, millət vəkili Rüfəq Quliyev Mərkəzi Bankın keçmiş fəaliyyəti ilə bağlı danışaraq, ölkənin əsas Bankının bundan əvvəlki dövrünü tənqid edib.

ABC.AZ xəbər verir ki, deputat, 2022-ci ildə 420 milyon manat maliyyə pozuntusu aşkarlandığını bildirib.

Ola bilsin ki, bunun bir qismi büdcəyə qaytarılacaq, amma ehtimal azdır deyə deputat qeyd edib. 
“Mən burada ən böyük problemin başqa olduğunu düşünürəm. Bunu iclasdakı çıxışım zamanı da demişəm. Qeyd etmişəm ki, dövlət orqanları ciddi maliyyə pozuntularına yol verir. Bunun bir qismi göndərilir hüquq mühafizə orqanlarına, o cümlədən Baş Prokurorluğa, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə. Hər dəfə soruşuram ki, "nəticəsi nə oldu?", "bunun hansı hissəsi məhkəməyə çatdı?", "hansı məmurlar hansı cəzanı çəkib?" və "qeyri-effektiv formada istifadə edilən maliyyə büdcəyə qayıdıbmı?. Hər dəfə xahiş edirəm ki, bizə rəsmi formada məlumat təqdim edin bilək bu işlərlə bağlı hansı məhkəmə qərarları olub, kim cəzalanıb, hansı formada cəzalanıb. Bu olanda cəmiyyətdə də müəyyən qədər sakitləşmə gedir. Cəmiyyət də başa düşür ki, pozuntulara yol verən məmurlar cəzalandı, dövlət büdcəsindən mənimsəmə mümkün deyil, bunun cəzası olacaq” deyə o vurğulayıb.