Mərkəzi Bankın keçmişdə buraxılan səhvlərini düzəltmək qeyri-mümkündür – Deputat

15:18 - 13.04.2023


13 aprel, Fineko/abc.az.  "Nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın İdarə Heyəti və rəhbərliyinin dəyişdirilməsinin üstündən bir o qədər də çox vaxt keçməyib".

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev Hesablama Palatasının dünən Mərkəzi Bankla bağlı açıqladığı hesabatı şərh edərkən deyib.

Deputat qeyd edib ki, qısa vaxtda belə böyük mexanizmi və Mərkəzi Bankın keçmişdə buraxılan səhvlərini düzəltmək qeyri-mümkündür:

"Buna müəyyən vaxt lazımdır. Lakin Mərkəzi Bankın buraxdığı səhvləri digər qurumların nöqsanları ilə müqayisə etsək, Bankın nöqsanları bir o qədər də gözə çarpan deyil. Əsas odur ki, bu gün onlar infilyasiya ilə mübarizə apara bilir və maliyyə sistemində stabilləşməni tam formada təmin edirlər. Digər dövlət qurumlarıda nisbətən daha çox nöqsanlar, maliyyə pozuntuları var”.