DSMF rüblük xərclərini açıqladı - Hesabat

11:33 - 13.04.2023


13 aprel, Fineko/abc.az. Cari ilin ilk rübündə Dövlət Sosial Müdafiə Fondunun (DSMF)  xərcləri 15 faiz və ya 194 mln. manat çox olmaqla 1 mlrd. 494 mln. manat təşkil edib.

ABC.AZ.AZ  Fonda istinadla xəbər verir ki, gəlirlər bu ilin birinci rübündə proqnozla müqayisədə 7 faiz və ya 100 mln. manat çox olmaqla 1 mlrd. 561 mln. manat təşkil edib. 

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-mart aylarında proqnoza nisbətən 9 faiz və ya 101 mln. manat artaraq 1 mlrd. 192 mln. manat olub. 

Son 3 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz və ya 194 mln. manat artaraq 1 mlrd. 494 mln. manata çatıb.