Qazaxıstan və Azərbaycan arasında Şura yaradılır

17:19 - 10.04.2023


10 aprel, Fineko/abc.az. Qazaxıstan və Azərbaycan arasında Ali Dövlətlərarası Şura yaradılır.

ABC.AZ xəbər verir ki, Astanada bu barədə sənəd imzalanıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan Prezidenti İlham Əliyev Ali Dövlətlərarası Şuranın yaradılması haqqında birgə bəyanat və protokol imzalayıblar.

"Bu, şübhəsiz ki, ikitərəfli münasibətlərin inkişafına güclü təkan verəcək", - deyə Tokayev bildirib.