17:07 - 10.04.2023
10 aprel, Fineko/abc.az. Dünyanın ən böyük kriptovalyuta platformalarından biri olan "Binance"in ABŞ-dakı törəmə şirkəti "Binance US", "Signature Bank" iflas etdikdən sonra müştərilərinin nağd pullarını idarə edəcək bank tapmaqda çətinlik çəkir.
ABC.AZ xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyd edilib ki, "Binance.US" əvvəllər pul yatırmaq üçün "Signature Bank" və ya "Silvergate Capital Corp"dan istifadə edirdi. Hər iki maliyyə qurumunun uğursuzluğu ilə ABŞ kriptovalyuta birjası "Binance" bank tərəfdaşı axtarmağa başlayıb.