15:03 - 10.04.2023
10 aprel, Fineko/abc.az. Türkiyə iqtisadiyyatında fevral ayında tədiyə balansının müəyyən etdiyi xarici ticarət kəsiri 10,4 milyard dollar təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankı məlumat yayıb. Qeyd edilib ki, sözügedən dövrdə xidmətlər balansından daxilolmalar 2,3 milyard dollar, ayrıca səyahət maddəsi üzrə xalis gəlirlər 1,65 milyard dollar olub.
Birbaşa investisiyalardan xalis daxilolmalar 505 milyon dollar, portfel investisiyaları isə 240 milyon dollarlıq xalis daxilolma göstərib.
Alt-maddələr üzrə təhlil etdikdə qeyri-rezidentlərin fond bazarında 185 milyon dollar xalis satış, dövlət daxili borc qiymətli kağızları bazarında isə 14 milyon dollar xalis alış həyata keçirdiyi görünür.
Bu ay rəsmi ehtiyatlarda 4,7 milyard dollar xalis azalma olub.