Azərbaycanda bu daxilolmalar üzrə artım var

14:47 - 10.04.2023


10 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 41,5 milyon manat təşkil edib.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur.

Rüblük işsizlikdən sığorta daxilolmalarının 30,6 milyon manatı qeyri-büdcə təşkilatlarının hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 19% çoxdur.