Türkiyə iqtisadiyyatının fevralda kəsiri kəskin artıb

14:41 - 10.04.2023


10 aprel, Fineko/abc.az. Türkiyə iqtisadiyyatında cari kəsir fevralda gözləntiləri aşaraq 8,78 milyard dollara çatıb. Fevral ayında 12 aylıq cari kəsir 55,4 milyard dollar oldu. Beləliklə, 12 aylıq cari kəsir son 10 ilin ən yüksək səviyyəsinə çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumata əsasən, nüfuzlu “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçılar fevral ayında cari hesabın 8,45 milyard dollar kəsir olacağını gözləyirdilər.

Fevral ayında Türkiyədə xarici ticarət kəsiri bir əvvəlki ilə görə 51,4% artaraq 12,1 milyard dollara çatıb.

Fevral ayında qızıl və enerji xaric cari əməliyyatlar hesabı 834 milyon dollar profisit verib.

Müəllif: Elmir Murad